AHİK-nin şirkətinin səhmləri dövlət qeydiyyatına alınıb

Maliyyə
  • 15 fevral, 2025
  • 08:05
AHİK-nin şirkətinin səhmləri dövlət qeydiyyatına alınıb

Azərbaycan Mərkəzi Bankı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) məxsus olan "Kurort" QSC-nin səhm emissiyasını dövlət qeydiyyatına alıb.

"Report" xəbər verir ki, söhbət şirkətin 67,78 milyon manatıq nizamnamə kapitalını formalaşdıran, hər birinin nominal dəyəri 1 000 manat olan 67 780 ədəd səhmdən gedir.

Xatırladaq ki, "Kurort" 1992-ci ildə yaradılıb. Şirkət Konfederasiyanın sanatoriyalarını idarə edir.

44 - Tezliklə