"AGBank"ın Xaçmazdakı əmlakı hərraca çıxarılacaq

Maliyyə
  • 08 yanvar, 2022
  • 12:00
AGBankın Xaçmazdakı əmlakı hərraca çıxarılacaq

Fevralın 2-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AGBank" ASC-nin balansındakı daşınmaz əmlakın satışı üzrə açıq hərrac keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Xaçmaz rayonunun Dalğalı qəsəbəsində yerləşən 0,1 hektar torpaq sahəsindən gedir. Ona 45 min manat qiymət qoyulub.