ADIF növbəti dəfə “Gəncəbank”ın kreditorlarına müraciət edib

Maliyyə
  • 19 fevral, 2018
  • 08:08
ADIF növbəti dəfə “Gəncəbank”ın kreditorlarına müraciət edib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) növbəti dəfə ləğvedicisi olduğu "Gəncəbank" ASC-nin təminatsız kreditorlarına müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilir ki, fevralın 12-dən təminatsız kreditorların tələblərinin ödənilməsinə başlanılıb.

Ödəniş nağdsız qaydada həyata keçirilir.

Kreditorlar “Gəncəbank”ın Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına və ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etməlidirlər.