ADB: 2017-ci ildə Azərbaycanda inflyasiya 14% təşkil edəcək
Maliyyə
- 04 oktyabr, 2017
- 12:56
Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu ilin yekununda Azərbaycanda inflyasiya 14% təşkil edəcək.
“Report” xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Manapbekov deyib.
Onun sözlərinə görə, manatın məzənnəsi sabit qalarsa və tariflər artırılmazsa, gələn il qiymət artımı 10% olacaq.
Qeyd edək ki, ADB bundan əvvəl 2017-ci ildə Azərbaycanda qiymətlərin 9% artacağını proqnozlaşdırırdı.
N.Manapbekov həmçinin qeyd edib ki, inflyasiyanın səviyyəsi nəzərə alınaraq Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 15% səviyyəsində saxlayıb: "AMB ədalətli olaraq uçot dərəcəsini azaltmayıb".
Son xəbərlər
01:39
İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
Region01:21
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb
Xarici siyasət01:12
Foto
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib
Xarici siyasət00:56
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib
Futbol00:27
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Hadisə00:11
Salyanda "TIR" avtomobillə toqquşub, 5 nəfər xəsarət alıb
Hadisə00:00
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Daxili siyasət00:00
Azərbaycanda Anım Günüdür
Qarabağ23:57