"Access Bank"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 23 noyabr, 2022
  • 13:44
Access Bankın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Noyabrın 29-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Access Bank" QSC-nin 5 milyon ABŞ dolları dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə " Access Bank"ın hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 5 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 5,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, subanderrayteri isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.