“Access Bank" bu ilin I rübünü mənfəətlə başa vurub

Maliyyə
  • 25 aprel, 2022
  • 13:47
“Access Bank bu ilin I rübünü mənfəətlə başa vurub

“Access Bank” QSC bu ilin I rübünü 803 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,95 dəfə çoxdur.

Yanvar-mart aylarını “Access Bank”ın gəlirləri 32,487 milyon manat (illik müqayisədə 36% çox), xərcləri 30,109 milyon manat (22,1 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,575 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Access Bank”ın aktivləri 983,616 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16% çoxdur. Bunun 629,542 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 31,9% böyüyüb.

Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 18,7% artaraq 893,18 milyon manata, o cümlədən depozit portfeli 21,3% artaraq 744,611 milyon manata çatıb, balans kapitalı isə 5,5 % azalaraq 90,436 milyon manata düşüb.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89 %), Avropa İnvestisiya Bankı (17,39 %), Beynəlxalq Maliyyə Korporasiyası (16,56 %), “Responsability" (12,28%), Hollandiya İnkişaf Bankı (9,41 %), Avstriya İnkişaf Bankı (9,17 %), SIFEM AG (8,89 %), EFSE, GGF, Qara Dəniz Ticarət və İnkişaf Bankı və “LFS Advisory GmbH”dir (6,4%).

44 - Tezliklə