ADB Azərbaycanda rəqəmsallaşma ilə bağlı fəaliyyətini genişləndirmək istəyir

Maliyyə
  • 17 aprel, 2026
  • 18:03
ADB Azərbaycanda rəqəmsallaşma ilə bağlı fəaliyyətini genişləndirmək istəyir

Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə dövlət-özəl tərəfdaşlığının təşviqi, rəqəmsallaşma və insan kapitalının inkişafı sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsini müzakirə edib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"ADB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru xanım Lea Qutierrez ilə görüşdə ölkəmizdə iqtisadiyyatın diversifikasiyası, özəl sektorun və KOB-ların dəstəklənməsi, vergi islahatlarını müzakirə etdik. Dövlət-özəl tərəfdaşlığının təşviqi, rəqəmsallaşma və insan kapitalının inkişafı sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, regional təşəbbüslər, yaşıl enerji dəhlizləri və bağlantılar, həmçinin digər əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi apardıq", - nazir qeyd edib.