ABŞ dollarının zəifləməsi fonunda qızıl bahalaşıb
Maliyyə
- 15 fevral, 2022
- 06:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ dollarının zəifləməsi fonunda qızılın qiyməti artıb.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,54%, yaxud 10,05 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 879,3 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,13% azalaraq, 1 unsiyası 23,815 ABŞ dolları təşkil edib.
ABŞ dollarının indeksi də qiymətli metalın dəyərinə təsir göstərir. Belə ki, ABŞ dollarının indeksi 0,18% düşərək, 96,2 bəndə enib. Daha ucuz ABŞ dolları qızılı satınalma üçün daha əlverişli edir.
Bundan başqa, geosiyasi gərginlik də sığınacaq aktiv kimi qızılın qiymətini artırır.
Analitiklərin fikrincə, qızıl bazarında daha yüksək volatillik müəyyən müddət davam edəcək.
Son xəbərlər
09:50
BP SLB-ni "Qarabağ" yatağı üzrə seysmik məlumatların emalına cəlb edib
Energetika
09:46
Rəsmi Bakı Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib
Xarici siyasət
09:38
Naxçıvanda 9 ayda 183 milyon manatlıq bitkiçilik məhsulları istehsal edilib
ASK
09:34
Azərbaycan XİN Pakistana başsağlığı verib
Xarici siyasət
09:33
Məsud Pezeşkian İrəvanda səfərdədir
Region
09:32
Tramp: Zelenskinin pərəstişkarı deyiləm
Digər ölkələr
09:31
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında yarımfinal matçına çıxacaq
Futbol
09:23
Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
Fərdi
09:22
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Hadisə