ABŞ-da rüblük iqtisadi artım proqnozu üztələyib

Maliyyə
  • 27 oktyabr, 2017
  • 12:46
ABŞ-da rüblük iqtisadi artım proqnozu üztələyib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin III rübündə ABŞ-da iqtisadi artım tempi 3% təşkil edib.

"Report"un "Investing.ru" saytına istinadən verdiyi xəbərə görə, analitiklər III rübdə ÜDM-in 2,5% artacağını proqnozlaşdırırdılar.

Göstəricinin proqnozu 0,5 faiz bəndi üstələməsi dolların məzənnəsinin möhkəmlənməsinə səbəb olub. Belə ki, maliyyə bazarları artıq tam şəkildə dekabr iclasında Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artıracağına əmindir. Əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi 0,5% azalaraq 1,159 səviyyəsinə kimi geriləyib.

"Report"un analitik qrupu qısa müddət ərzində dolların avro ilə müqayisədə 1,14 USD/EUR səviyyəsinə qədər möhkəmlənəcəyini ehtimal edir.