ABB-nin səhmlərinə abunə yazılışı ilə bağlı son vəziyyət açıqlanıb

Maliyyə
  • 22 avqust, 2024
  • 08:13
ABB-nin səhmlərinə abunə yazılışı ilə bağlı son vəziyyət açıqlanıb

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinə 20 minə yaxın investor 25 minə yaxın sifariş yerləşdirib.

"Report" xəbər verir ki, bunu bankın törəməsi, səhm emissiyasının anderrayteri - "ABB-İnvest İnvestisiya Şirkəti" ASC-nin Pərakəndə müştərilərlə iş departamentinin direktoru Elçin Məmmədov bildirib.

"Şərtlərə görə, 1 investor 1-dən çox təklif verə bilər. Biz bu prosesdə 5 min investorun iştirakını gözləyirdik, amma onların faktiki sayı 4 dəfə çoxdur. Qarşıda hələ 20 gün var. ABB-nin səhmlərinə abunə yazılanların 99 %-dən çoxu fiziki şəxslərdir. Bildiyiniz kimi, ABB-nin səhmlərinin 96,5%-i dövlətə, qalan hissəsi isə 2 minə yaxın minoritar səhmdara məxsusdur. Onların yarısı - təxminən 1 000-ə yaxını üstünlük hüququndan istifadə edərək abunə yazılıb. Bu da ABB-nin səhmlərinə 19 min yeni investorun abunə yazılışında iştirak etdiyini göstərir", - deyə o qeyd edib.

44 - Tezliklə