ABB və "Azər-Türk Bank"ın Müşahidə Şurasının üzvlərinin sayına qoyulmuş məhdudiyyət ləğv edilib

Maliyyə
  • 04 oktyabr, 2025
  • 11:46
ABB və Azər-Türk Bankın Müşahidə Şurasının üzvlərinin sayına qoyulmuş məhdudiyyət ləğv edilib

Dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" (ABB) və "Azər-Türk Bank" (ATB) ASC-lərin Müşahidə Şurasının üzvlərinin sayına qoyulmuş məhdudiyyət ləğv edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev ABB-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, "Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında" 7 avqust 2009-cu il tarixli və "Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" 9 fevral 2009-cu il tarixli fərmanlarında dəyişiklik edilməsi barədə" 22 sentyabr 2021-ci il tarixli və "ATB-nin idarə edilməsinin təkmilləşdirilməsi haqqında" 16 iyul 2022-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Dövlət başçısının imzaladığı yeni fərmana əsasən, ABB-nin və ATB-nin fəaliyyətini ümumi nəzarəti və rəhbərliyi yenə də Müşahidə Şurası həyata keçirəcək, amma Şura üzvlərinin sayının müvafiq olaraq 5 nəfərdən və 3 nəfərdən ibarət olması tələbi ləğv edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti