"ABB-Moskva" yeni kredit cəlb edib
Maliyyə
- 18 noyabr, 2014
- 08:16
Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan “ABB-Moskva” bir il müddətinə 54 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit cəlb edib. Bu barədə "Report"a ABB-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, cəlb olunan kreditin müddəti sonradan uzadıla bilər. Bu müqavilədə zəmanətçi kimi “ABB-Moskva”nın səhmdarı olan ABB, müvəkkili qismində “Novikombank” QSC çıxış edir.
Eyni zamanda, “MSP Bank” ASC, “Bank Zenit” ASC, “RosEvroBank” və “Baltikums Bank” da müvəkkil təşkilatlar kimi seçilib.
Xatırladaq ki, bu sənəd “Novikombank” ilə “ABB-Moskva” arasında imzalanmış 4-cü razılaşmadır.
Son xəbərlər
03:42
Fransa polisi terror aktı hazırlığı işi üzrə altı nəfəri saxlayıb
Digər ölkələr03:34
Tramp İranı hədələyib
Digər ölkələr03:16
Böyük Britaniya NATO-nun yeni müdafiə bankına qoşula bilər
Digər ölkələr02:58
Foto
Naxçıvanda təcili tibbi yardım avtomobili qəzaya düşərək aşıb, 4 nəfər xəsarət alıb
Hadisə02:45
Amerika şirkətləri daha ucuz süni intellekt modellərinə keçirlər
İKT02:18
İsraildə milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşüb
Digər ölkələr01:32
BCM-nin keçmiş prokuroru işdən çıxarılması barədə qərardan şikayət verəcək
Digər ölkələr01:13
Küveyt İrana qarşı hərbi əməliyyatda iştirakını təkzib edib
Digər ölkələr00:43