BCM-nin keçmiş prokuroru işdən çıxarılması barədə qərardan şikayət verəcək
- 26 iyul, 2026
- 01:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Kərim Xan Roma Statutuna üzv dövlətlər Assambleyasının onun vəzifədən kənarlaşdırılması barədə qərarının qanuniliyinə etiraz etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Xanın vəkili, Amerikanın Bindmans LLP hüquq firmasının tərəfdaşı Tayab Əlinin bəyanatında deyilir.
Müdafiəçinin sözlərinə görə, Xan mövcud bütün hüquqi mexanizmlərdən istifadə etmək niyyətindədir. O iddia edir ki, Assambleyanın qərarı vəzifə pozuntuları ilə bağlı qanuni və əsaslandırılmış nəticələrə söykənmir.
Əli həmçinin bildirib ki, BMT-nin Daxili Nəzarət Xidmətinin apardığı araşdırma Xan tərəfindən hər hansı qanunsuz davranış faktını aşkar etməyib. Bundan əlavə, üç hakimdən ibarət müstəqil kollegiya martın 9-da ciddi pozuntuya dair sübutların olmadığı qənaətinə gəlib.
Müdafiə tərəfi həmçinin prosessual pozuntuların olduğunu bildirib. Qeyd olunub ki, Xana rəsmi etirazlarını təqdim etmək imkanı verilməyib, onun nümayəndələrinin isə iclasda iştirakına şərait yaradılmayıb. Bundan əlavə, vəkillərin sözlərinə görə, məsələ müzakirə edilərkən səsvermə proseduruna dəyişiklik edilib.