ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı

Maliyyə
  • 06 mart, 2026
  • 14:44
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı

Ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verən ABB İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 yüksək mükafatına layiq görülüb.

ABB "Qeyri-neft sektoru üzrə vergi rekordçusu" elan edilib. Bundan başqa, Bank "Beynəlxalq vergi əməl etməsi üzrə nümunəvi maliyyə institutu" adını da qazanıb.

Mükafatlar martın 5-də keçirilən "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" forumu zamanı ABB-yə təqdim olunub.

ABB son 3 ildə ölkəmizin dövlət büdcəsinə 433 milyon manat vergi ödəyib. Bunun 285 milyon manatı mənfəət vergisi olub.

Bank vergi intizamı sahəsində də beynəlxalq standartlar tətbiq edir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.