ABA: Likvid vəsaitlər banklar arasında bərabər bölünməlidir

Maliyyə
  • 23 noyabr, 2017
  • 09:19
ABA: Likvid vəsaitlər banklar arasında bərabər bölünməlidir
Report

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanın bank sektorunda 6,5 mlrd. manat likvid vəsait formalaşsa da, bu məbləğ banklar arasında qeyri-bərabər bölünüb.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, bu qeyri-müəyyənliyin aradan qaldırılması üçün banklararası pul bazarı inkişaf etdiriləcək və bu istiqamətdə müəyyən addımlar atılıb: “İlk növbədə bu 6,5 mlrd. manat vəsaitin banklar arasında bölünməsi, hərəkət etdirilməsi lazımdır. Paralel olaraq həmin pullar iqtisadiyyata ötürülməlidir. Bu gün bu proses bir qədər mürəkkəbdir”.