"A-Qrup Sığorta" maliyyə vəziyyətini açıqlayıb
- 09 aprel, 2026
- 13:43
"A-Qrup Sığorta" ASC 2025-ci ili 981 min manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6,9 dəfə çoxdur.
Ötən il "A-Qrup Sığorta"nın vergiyəqədərki mənfəəti 1,197 milyon manat (əvvəlki ilə nisbətən 6,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 216 min manat (6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "A-Qrup Sığorta"nın aktivləri 30,44 milyon manat olub ki, bu da illik müqayisədə 9,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 13,6 % artaraq 15,981 milyon manata, balans kapitalı isə 6,1 % artaraq 14,459 milyon manata çatıb.
Xatırladaq ki, "A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.