Azərbaycan futzal millisi dünya çempionatının elit-raundunda ikinci görüşünü keçirəcək

Komanda
  • 30 yanvar, 2020
  • 05:35
Azərbaycan futzal millisi dünya çempionatının elit-raundunda ikinci görüşünü keçirəcək

Xorvatiyanın Osiek şəhərində təşkil olunan futzal üzrə dünya çempionatının elit-raund mərhələsinin oyunları davam edir.

"Report"un məlumatına görə, C qrupunda yer alan Azərbaycan yığması bu gün Rusiya millisi ilə üz-üzə gələcək.

"Qradski vrt Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü italiyalı hakimlər - Alessandro Malfer, Angelo Galante və Chiara Perona idarə edəcəklər.

Reqlamentə əsasən, elit-raundda qrup qalibi olacaq 4 komanda birbaşa dünya çempionatına vəsiqə qazanacaq. Qrupları ikinciləri isə "pley-off"da münasibətlərinə aydınlıq gətirəcək. Mundial 12 sentyabr - 4 oktyabrda Litvada təşkil olunacaq.

Qeyd edək ki, ilk matçında meydan sahibləri Xorvatiya ilə qarşılaşan Azərbaycan yığması rəqibinə 0:2 hesabı ilə uduzub. Qrupun digər görüşündə Rusiya millisi Slovakiyanı darmadağın edib - 7:1.