Voleybol üzrə Yüksək Liqada növbəti turun proqramı açıqlanıb

Komanda
  • 01 mart, 2022
  • 11:36
Voleybol üzrə Yüksək Liqada növbəti turun proqramı açıqlanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Federasiyadan "Report"a verilən məlumata görə, 2-ci dövrənin IX turunun oyunları martın 3-də baş tutacaq.

Günün ilk qarşılaşmasında saat 14:00-da “Murov”la MOİK üz-üzə gələcək. Bu matçdan 3 saat sonra “Ekspress”– “Sərhədçi” oyununa start veriləcək. Hər iki qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.