Turqay Zeytingöz: "Azərbaycan Basketbol Federasiyası inkişafın nəzərə çarpdığı bir ili arxada qoyur"

Komanda
  • 12 dekabr, 2025
  • 11:34
Turqay Zeytingöz: Azərbaycan Basketbol Federasiyası inkişafın nəzərə çarpdığı bir ili arxada qoyur

Azərbaycan Basketbol Federasiyası (ABF) inkişafın nəzərə çarpdığı bir ili arxada qoyur.

Bu barədə "Report"a qurumun idman direktoru Turqay Zeytingöz açıqlama verib.

O, başa çatmaqda olan ilin Azərbaycan basketbolu üçün uğurlu keçdiyini söyləyib:

"Qadınlardan ibarət 3x3 basketbol yığmamızı xüsusi vurğulamaq istəyərdim. Ardıcıl üçüncü dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi oldular. 2008-2009-cu il təvəllüdlü basketbolçularımızı da unutmaq olmaz. MDB Oyunlarında Belarus və Qazaxıstan kimi seçmələri arxada qoyaraq ikinci yeri tutdular. Avropa çempionatının B Divizionunda çıxış edən qadınlardan ibarət yığma 12-ci yeri tutmaqla irəliləyişdə olduqlarını göstərdilər. Müəyyən bəxtsizliklər olmasaydı, ilk "8-lik"də də yer ala bilərdilər. Bir sözlə, qadın basketbolunun inkişafda olduğunu söyləyə bilərik".

ABF rəsmisi Azərbaycan Basketbol Liqasının səviyyəsinin qalxdığını diqqətə çatdırıb:

"Üç komandamız Avropa Kubokunda təmsil olundu. Beynəlxalq yarışlarda bir neçə qələbələrimiz oldu. Təbii ki, bu nəticələr də bizi gələcək üçün ümidləndirir. Təmsilçilərimizdən "Sabah" üçün Çempionlar Liqası turniri davam edir. Onların növbəti raunda çıxmaq şansları var. İnanıram ki, Azərbaycanı sevindirməyə davam edəcəklər. Dediyim kimi, inkişafın nəzərə çarpdığı bir ili arxada qoyuruq".

Son xəbərlər

Bütün Xəbər Lenti