"Sumqayıt" ingiltərəli basketbolçu Coş Oqundeleni heyətinə qatıb

Komanda
  • 25 sentyabr, 2026
  • 12:56
Sumqayıt ingiltərəli basketbolçu Coş Oqundeleni heyətinə qatıb

"Sumqayıt" klubu ingiltərəli basketbolçu Coş Oqundeleni heyətinə qatıb.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

25 yaşlı basketbolçu ilə ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, C.Oqundele ABŞ-nin "İova" və "Hampton" universitet komandalarında çıxış edib. 213 sm boya malik basketbolçu sonuncu kollektivdə 6,7 xal və 3,5 ribaund ortalaması ilə yadda qalıb. Oqundele 55,1% dəqiqlik göstəricisi ilə də diqqət çəkib.