UKMTO: Yəməndə silahlı şəxslərin tankerə yaxınlaşması ilə bağlı araşdırma aparılır

Digər ölkələr
  • 16 noyabr, 2026
  • 10:02
UKMTO: Yəməndə silahlı şəxslərin tankerə yaxınlaşması ilə bağlı araşdırma aparılır

Sokotra adasından (Yəmən) 430 dəniz mili şərqdə insident baş verib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatında bildirilib.

"Tankerin kapitanı ona, ehtimal ki, bir gəmi və qayığın yaxınlaşdığını bildirib. Qayıqda dörd silahlı şəxs görünüb. Gəmilərə bu ərazidən ehtiyatla keçmək və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur", - məlumatda bildirilib.

İnsidentlə bağlı araşdırma aparılır.

44 filmi