"Sumqayıt"ın baş məşqçisi: "Basketbolçuların əvəzetməsiz oynaması nəticəyə təsir etdi"

Komanda
  • 14 noyabr, 2025
  • 21:29
Sumqayıtın baş məşqçisi: Basketbolçuların əvəzetməsiz oynaması nəticəyə təsir etdi

"Sumqayıt" komandası "Naxçıvan"la matçda əvəzetməsiz oynadığı üçün məğlub olub.

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi baş məşqçisi Vadim Kuramşın Azərbaycan Basketbol Liqasının VII turunda "Naxçıvan"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

"Naxçıvan"ı qələbə münasibətilə təbrik edirəm. Oyunun əvvəlində rəqibin daha çox xal atmasına imkan verdik. Sonradan hesabda onlara çata bildik. 3-cü periodda eyni hal yenə təkrarlandı, "Naxçıvan" yenə də "üçlük"lərlə fərqi artırdı. Mən foul limiti probleminə görə fərdi müdafiəyə keçmirəm, hər halda cəmi 3 amerikalı ilə bunu edə bilmərəm. Biri kənarlaşsa, işimiz çətin olacaq. Basketbolçuların əvəzetməsiz oynaması nəticəyə təsir etdi".

Qeyd edək ki, "Sumqayıt" - "Naxçıvan" qarşılaşması ikincilərin 116:99 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti