"Sumqayıt" basketbol komandası rotasiya ilə bağlı problemlər yaşayır
- 06 noyabr, 2025
- 17:42
"Sumqayıt" basketbol komandası rotasiya ilə bağlı problemlər yaşayır.
"Report" xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlama verib.
Mütəxəssis "Lənkəran"a 98:94 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının VI turunun matçı ilə bağlı fikirlərini bölüşüb:
"Komandamı və doğma şəhərimizi qələbə münasibətilə təbrik edirəm. Uşaqlar ötən oyun "Sərhədçi" üzərində qələbədən sonra ritm tutdular. Amma hələ də rotasiya ilə bağlı problemlər yaşayırıq. Amerikalı oyunçu ilə bağlı çatışmazlıq var. Buna baxmayaraq, bütün uşaqlar var gücü ilə döyüşdü".
O, qələbənin səbəbini bu cür izad edib:
"Bu gün qalibiyyətin açarı azlıqda oynayarkən qalib gəlmək istəyi oldu. Çünki digər komandalardan fərqli bizim cəmi 3 legionerimiz var. Mən onlarla fəxr edirəm. Ümid edirəm ki, qarşıdakı günlərdə millilərlə əlaqədar yaranan fasilə bizə mənfi təsir göstərməyəcək".