Messinin dörd qolu "İnter Mayami"nin "Monreal" üzərində qələbəsinə kömək edib

Futbol
  • 30 avqust, 2026
  • 10:38
Messinin dörd qolu İnter Mayaminin Monreal üzərində qələbəsinə kömək edib

Amerikanın "İnter Mayami" futbol klubu MLS-in ənənəvi mövsüm matçında "Monreal" üzərində iri hesablı qələbə qazanıb.

"Report"un xarici mediaya istinadən məlumatına görə, avqustun 29-da keçirilən matç 7:1 hesabı ilə başa çatıb.

Hesabı 20-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Kazemiro açıb, bu, onun komandadakı ilk qolu olub. "Monreal"ın hücumçusu Fabian Erbers 37-ci dəqiqədə hesabı bərabərləşdirib.

Lakin "İnter Mayami" sonra üstünlüyü ələ alıb: komandanın kapitanı Lionel Messi 40-cı dəqiqədə fərqlənib. Argentinalı həmçinin 52, 83 və 90+6-cı dəqiqələrdə rəqib qapısına yol taparaq, dörd qol vurub və bir məhsuldar ötürmə edib.

Qaliblərin heyətində həmçinin Luis Suares (80) dəqiqədə, Aleksander Şou (89) fərqləniblər.

Xatırladaq ki, avqustun 12-də "İnter Mayami" liqa Kubokunda Meksikanın "Leon" komandasına 3:2 hesabı ilə məğlub olub.