Rusiya millisi dünya çempionatında "Katyuşa" ilə çıxış edəcək
Komanda
- 05 fevral, 2021
- 11:16
Xokkey üzrə Rusiya millisi bu il Latviyanın paytaxtı Riqada keçiriləcək dünya çempionatında "Katyuşa" mahnısı ilə çıxış edəcək.
"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya Xokkey Federasiyasındakı mənbədən bildirilib.
Qeyd olunub ki, mahnı dövlət himninin əvəzinə istifadə olunacaq.
İdman Arbitraj Məhkəməsi (CAS) dopinq qalmaqalı ilə bağlı Rusiya idmançılarının nüfuzlu beynəlxalq yarışlarda - olimpiya və paralimpiya oyunlarında, dünya çempionatlarında ölkə bayrağı və himni ilə çıxış etməsinə qadağa qoyub. Qadağa 2022-ci il 16 dekabradək qüvvədə olacaq.
Qeyd edək ki, dünya çempionatı 21 may - 6 iyunda təşkil olunacaq. Rusiya millisi İsveç, Çexiya, İsveçrə, Slovakiya, Danimarka, Böyük Britaniya və Belarusla eyni qrupda yer alacaq.
Son xəbərlər
16:00
PSJ prezidenti Vitinyanı "Real"a satmaqdan imtina edib
Futbol15:54
İranda qızlar məktəbində hava zərbələri nəticəsində 40 nəfər ölüb - YENİLƏNİB
Region15:49
Azərbaycan banklarının xalis xarici aktivləri yanvarda 3 % artıb
Maliyyə15:46
Axios: ABŞ və İsrail İrana zərbələr zamanı hədəfləri bölüşdürüb
Digər15:43
İran İsrail ərazisinə təxminən 35 ballistik raket buraxıb - YENİLƏNİB
Digər ölkələr15:40
XİN: İndoneziya Prezidenti ABŞ və İran arasında dialoqa kömək etməyə hazırdır
Digər ölkələr15:37
Lənkəranda 52 yaşlı kişini elektrik cərəyanı vurub
Hadisə15:35
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 39 % artıb
Maliyyə15:31