Qızıl Avropa Liqası: Azərbaycan millisi məğlub olub

Komanda
  • 19 may, 2024
  • 16:02
Qızıl Avropa Liqası: Azərbaycan millisi məğlub olub

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirib.

"Report" xəbər verir ki, yığma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Ukrayna komandası ilə üz-üzə gəlib.

Voleybolçularımız 0:3 (16:25, 16:25, 23:25) hesabı ilə məğlub olublar.

Qeyd edək ki, komandamız ilk oyunda Rumıniyaya uduzub - 0:3.