Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final matçı keçirilib

Komanda
  • 21 aprel, 2025
  • 16:26
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final matçı keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final matçı keçirilib.

"Report"un məlumatına görə, “Azərreyl” “Abşeron”la üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan oyunda "Abşeron" 3:0 hesablı qələbəyə sevinib.

Komandalar arasında həlledici görüş aprelin 24-də, Milli Gimnastika Arenasında baş tutacaq.

Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.