Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final matçı baş tutacaq

Komanda
  • 21 aprel, 2025
  • 09:53
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final matçı baş tutacaq

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün ilk final matçı baş tutacaq.

"Report"un məlumatına görə, “Azərreyl” “Abşeron”la üz-üzə gələcək.

Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da başlayacaq. Komandalar arasında həlledici görüş isə aprelin 24-də Milli Gimnastika Arenasında baş tutacaq.

Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.

44 - Tezliklə