Qadın həndbolçuların Azərbaycan çempionatında daha bir oyun keçirilib

Komanda
  • 03 mart, 2025
  • 13:08
Qadın həndbolçuların Azərbaycan çempionatında daha bir oyun keçirilib

Qadın həndbolçuların Azərbaycan çempionatında XIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, 1-4-cü yerlər uğrunda mübarizə aparan "Kür" və "Azəryol" komandaları üz-üzə gəliblər.

Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan qarşılaşma qonaqların qələbəsi ilə bitib - 27:25.