Qadınlar arasında voleybol üzrə dünya çempionatı ilk dəfə iki ölkədə keçiriləcək
Komanda
- 13 yanvar, 2019
- 02:23
Bakı. 13 yanvar. REPORT.AZ/ Polşa və Niderland 2022-ci ildə qadınlar arasında voleybol üzrə dünya çempionatına ev sahibliyi edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Voleybol Federasiyasının (FİVB) mətbuat xidməti məlumat yayıb.
Xidmətdən bildirilib ki, dünya çempionatına ev sahibliyi ilə bağlı güclü rəqabət prosesi olub. Niderland və Polşanın 2022-ci ildə qadınların arasında voleybol üzrə dünya çempionatına ev sahibliyi ilə bağlı müraciətinin ən yaxşı olması yekdil səslə qərara alınıb.
Voleybol üzrə dünya çempionatları dörd ildən bir keçirilir. Yarışlar heç vaxt iki ölkədə keçirilməyib.
Daha əvvəl məlum olub ki, 2022-ci ildə kişilər arasında voleybol üzrə dünya çempionatı Rusiyada keçiriləcək.
Son xəbərlər
04:51
WSJ: ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb
Digər ölkələr04:16
Çilinin sabiq prezidenti BMT-nin Baş katibi postu uğrunda mübarizədən geri çəkilib
Digər ölkələr03:40
Almaniyada Bundesverdə xidmət üçün 18 yaşlı kişilərin məcburi tibbi müayinəsinə başlanılıb
Digər ölkələr03:21
Astarada baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Hadisə03:04
"Barselona" Rafinyanın het-triki sayəsində "Sevilya"nı məğlub edib
Futbol02:39
ABŞ-də senatorlar süni intellektin Çin gəmisi barədə yanlış hesabatının araşdırılmasını tələb ediblər
Digər ölkələr02:07
"Yle": Finlandiyanın "F-35" qırıcısı texniki nasazlıq səbəbindən Azor adalarında qalıb
Digər ölkələr01:49
Foto
Dmanisidən olan azərbaycanlı idmançı Gürcüstan çempionu titulunu qazanıb
Fərdi01:34