"Neftçi" heyətini amerikalı oyunqurucu Elayca Hokinslə gücləndirib

Komanda
  • 09 sentyabr, 2026
  • 13:00
Neftçi heyətini amerikalı oyunqurucu Elayca Hokinslə gücləndirib

"Neftçi" heyətini amerikalı oyunqurucu Elayca Hokinslə gücləndirib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

24 yaşlı, 180 santimetr boya malik basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, E.Hokins son olaraq Macarıstanın "Atomeromu" komandasının formasını geyinib.