NBA klubunun basketbolçusu yeni rekorda imza atıb
Komanda
- 09 fevral, 2025
- 10:22
Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Qolden Steyt” klubunun basketbolçusu Stefen Karri müntəzəm çempionatda “Çikaqo Bullz”a qarşı oyunda yeni rekorda imza atıb.
“Report” “State Muse”yə istinadən xəbər verir ki, 36 yaşlı amerikalı basketbolçu sərbəst atışlar olmadan ən çox xal toplayan müdafiəçi ünvanına yiyələnib.
Dördqat NBA çempionu karyerası ərzində topladığı 24622 xalın 20763-nü sərbəst atış xəttinə çıxmadan oyun zamanı qazanıb. Bu, NBA tarixində müdafiəçilər arasında ən yüksək göstəricidir.
Qeyd edək ki, ötən gecə baş tutan “Qolden Steyt” - “Çikaqo Bullz” matçı birincilərin 132:111 hesablı qələbəsi ilə yekunlaşıb. S.Karri 2009-cu ildən Kaliforniya təmsilçisinin formasını geyinir.
Son xəbərlər
18:29
Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir
Digər18:20
Nepalda ölənlərin sayı 950 nəfəri ötüb - YENİLƏNİB-4
Digər ölkələr18:17
Foto
Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub
Hadisə18:16
AZAL: Bu ilin 7 ayında oturacaqların doluluq əmsalı 80 %-i ötüb
İnfrastruktur18:11
Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb
Xarici siyasət17:59
Hacı Zeynalabdin qəsəbəsi sakini bıçaqlanıb, atası şübhəli qismində saxlanılıb - YENİLƏNİB
Hadisə17:57
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub
Elm və təhsil17:54
Foto
Antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
Hadisə17:54