Serbiyada enerji böhranı ilə bağlı vətəndaşlara maliyyə yardımı verilməsi barədə qanun qəbul edilib

Digər ölkələr
  • 31 avqust, 2026
  • 17:54
Serbiyada enerji böhranı ilə bağlı vətəndaşlara maliyyə yardımı verilməsi barədə qanun qəbul edilib

Serbiya parlamenti bu gün enerji böhranının və yaşayış xərclərinin artmasının əhalinin müəyyən kateqoriyalarına təsirlərinin azaldılması haqqında qanunu qəbul edib.

"Report"un Balkan bürosu xəbər verir ki, əhalinin müəyyən kateqoriyalarına birdəfəlik maliyyə dəstəyinin, eləcə də yetkinlik yaşına çatmış vətəndaşlara birdəfəlik pul müavinətinin verilməsini təmin edir.

Deputatlar həmçinin qanunun dərc edildiyi gündən 8-ci günün tamam olmasını gözləmədən, yəni daha erkən qüvvəyə minməsi üçün xüsusi əsasların mövcudluğunun müəyyən edilməsinə dair təklifi də qəbul ediblər.

Bu təklifin lehinə 142 deputat səs verib.

44 filmi