Kişi voleybolçular arasında Azərbaycan çempionatının başlayacağı tarix açıqlanıb

Komanda
  • 15 noyabr, 2023
  • 05:52
Kişi voleybolçular arasında Azərbaycan çempionatının başlayacağı tarix açıqlanıb

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının 2023/2024 mövsümünün ilk oyunu noyabrın 16-da baş tutacaq.

Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, həmin gün I turda “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gələcəklər.

Bu qarşılaşma saat 15:00-da başlayacaq. Saat 17:30-da isə “Azərreyl” və MOİK komandaları görüşəcəklər.

Qeyd edək ki, hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

44 - Tezliklə