İslamiadada çıxış edən Azərbaycan idmançıları Vətənə dönüblər
- 23 noyabr, 2025
- 04:04
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edən Azərbaycan idmançıları Vətənə dönüblər.
"Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər və idmançıların yaxınları iştirak ediblər.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olub. Komanda Oyunları ümumilikdə 59 medalla başa vurub.
Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə (72 qızıl, 44 gümüş, 39 bürünc) qərarlaşıb. Özbəkistan ikinci (29 qızıl, 35 gümüş, 32 bürünc), İran (29 qızıl, 19 gümüş, 33 bürünc) üçüncü olub.
Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də baş tutub.