Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
- 14 noyabr, 2026
- 17:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.
Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur.
2028-ci ildə pambıq istehsalının 373,8 min ton olacağı gözlənilir ki, bu da 2027-ci il proqnozu ilə müqayisədə 6,2 % çoxdur.
Eyni zamanda, 2029-cu ildə pambıq istehsalının 394,1 min ton olacağı, 2030-cu ildə 425 min ton olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycanın kənd, meşə və balıqçılıq təsərrüfatı üzrə 2026-cı il proqnozlarına əsasən, ölkədə pambıq istehsalının 316,7 min ton olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 13 milyard 123,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1,6 %, bitkiçilik məhsullarının istehsalı isə 1,2 % çoxalıb. Məhsulun 50,2 %-i bitkiçiliyin, 49,8 %-i heyvandarlığın payına düşüb.