III MDB Oyunları: Türkiyə millisi ikinci görüşdə də məğlub olub - YENiLƏNİB
- 02 oktyabr, 2025
- 13:15

III MDB Oyunlarında çövkən üzrə daha bir matç keçirilib.
"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, Türkiyə millisi Qazaxıstana məğlub olub.
Şəki şəhər stadionunda keçirilən görüş Qazaxıstan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Qazaxıstan komandası yarımfinala vəsiqə qazanıb. Daha əvvəl Azərbaycan, Özbəkistan və Qırğızıstan milliləri də yarımfinalda iştirak hüququ əldə ediblər.
Qeyd edək ki çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.
III MDB Oyunlarında çövkən üzrə daha bir matç keçirilib.
"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə A qrupunda Qırğızıstan millisi Küveytlə qarşılaşıb.
Şəki şəhər stadionunda keçirilən görüşdə Qırğızıstan 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, çövkən yarışı oktyabrın 7-də yekunlaşacaq.