III MDB Oyunları: Azərbaycanın qızlardan ibarət sablya millisi finala yüksəlib - YENİLƏNİB

Komanda
  • 07 oktyabr, 2025
  • 15:09
III MDB Oyunları: Azərbaycanın qızlardan ibarət sablya millisi finala yüksəlib - YENİLƏNİB

Azərbaycanın qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət ikinci komandası III MDB Oyunlarında bürünc medal qazanıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, yığma yarımfinalda Rusiyaya 18:45 hesabı ilə uduzub.

Azərbaycanın əsas komandası isə yarımfinalda Özbəkistana qalib gəlib - 45:37.

Əsas komanda finalda Rusiyaya rəqib olub.

Azərbaycanın qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət ikinci komandası III MDB Oyunlarında yarımfinala vəsiqə qazanıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir k, yığma 1/4 finalda Belarusdan güclü olub - 45:42.

Komanda yarımfinalda Rusiya kollektivi ilə üz-üzə gələcək.

Son xəbərlər

Bütün Xəbər Lenti