Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” asan qələbə qazanıb

Komanda
  • 15 yanvar, 2024
  • 09:29
Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” asan qələbə qazanıb

Qadın həndbolçular arasında Azərbaycan çempionatında VII turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, “Kür” “İdman Akademiyası”nı qəbul edib.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən görüşdə meydan sahibləri 49:16 hesablı qələbə qazanıblar. Bu qalibiyyət sayəsində xallarının sayını 9-a yüksəldən “Kür” ikinci pillədəki “Azəryol”a çatıb. Dördüncü sıradakı “İdman Akademiyası” isə 6 xalda qalıb.

Qeyd edək ki, turun “Azəryol” – “Qarabağ” oyunu yanvarın 21-də keçiriləcək.

44 - Tezliklə