FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub

Komanda
  • 06 oktyabr, 2026
  • 22:21
FIBA Avropa Kuboku: Neftçi müntəzəm mövsümdəki ilk oyunda məğlub olub

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə bu gün mübarizəyə start verib.

"Report"un məlumatına görə, "ağ-qaralar" H qrupunda Yunanıstanın "Mikonos" kollektivinin qonağı olub.

Görüş Bakı təmsilçisinin məğlubiyyəti ilə bitib - 58:78.

Qeyd edək ki, H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları da yer alıblar.