Azərbaycan Basketbol Federasiyasının fəaliyyətindən narazı olan klub nümayəndələri ilə görüş keçirilib
Komanda
- 16 yanvar, 2019
- 13:01
Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Basketbol Federasiyasının fəaliyyətindən narazı olan klubların nümayəndələri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.
"Report"un məlumatına görə, klub nümayəndələri Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurovla görüşüblər.
Klub rəsmiləri məsələ ilə bağlı öz fikirlərini, istək və tələblərini çatdırıblar. Görüşdə NTD komandasının prezidenti Bəhram Abdinov, "80-ci illər" klubunun məşqçisi Konstantin Volkov, "Alov" klubunun rəhbəri Nicat Mirzəyev, ADNSU komandasının baş məşqçisi Əli Məmmədov və Azərbaycan yığmasının sabiq basketbolçusu Fuad Niftləlyev iştirak ediblər.
Qərara alınıb ki, klubların nümayəndələri ilə daha bir görüş keçirilsin və daha sonra müvafiq qərar verilsin.
Son xəbərlər
11:20
AMB kredit risklərinin idarə edilməsinə "Yaşıl Taksonomiya" tələblərini əlavə edib
Maliyyə11:19
STAR neft emalı zavodu aviayanacaq istehsalını 6 %-dən çox artırıb
Energetika11:18
Azərbaycandakı müəssisələrin şəbəkə avadanlıqları üzrə xərci kəskin artıb
İKT11:13
Brunu Fernandeş "Mançester Yunayted"də het-trik sayına görə Kriştianu Ronalduya çatıb
Futbol11:10
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Ekologiya11:09
İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub
Xarici siyasət11:08
İlham Əliyev Trinidad və Tobaqo prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət11:06
İlham Əliyev Malayziya Kralına: Əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək
Xarici siyasət11:05