CEV Çelenc Kuboku: "Ordu" Bakıda Norveç klubunu qəbul edəcək

Komanda
  • 19 noyabr, 2026
  • 09:16
CEV Çelenc Kuboku: Ordu Bakıda Norveç klubunu qəbul edəcək

Kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsində cavab oyununu bu gün keçirəcək.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Norveçin "Forde VBK" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında səfərdə baş tutan ilk görüş "Ordu"nun 3:0 (25:11, 25:17, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.

44 filmi