CEV Çelenc Kuboku: "Ordu" 1/32 final mərhələsinin cavab görüşündə qələbə qazanıb

Komanda
  • 19 noyabr, 2026
  • 19:17
CEV Çelenc Kuboku: Ordu 1/32 final mərhələsinin cavab görüşündə qələbə qazanıb

Kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda da qələbə qazanıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Norveçin "Forde VBK" kollektivi ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Ordunun 3:0 (25:18, 25:18, 25:18) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında səfərdə baş tutan görüşdə də Azərbaycan təmsilçisi rəqibini 3:0 (25:11, 25:17, 25:19) hesabı ilə üstələmişdi.