Basketbol matçında yumruq davası düşüb
Komanda
- 03 mart, 2015
- 08:04
Bakı. 3 mart. REPORT.AZ/ Basketbol üzrə İspaniya çempionatının "Bilbao" - "Laboral Kutxa" matçında yumruq davası düşüb. "Report"un məlumatına görə, münaqişə matçın başa çatmasına 7,2 saniyə qalmış yaşanıb.
"Laboral Kutxa"nın üzvü Tornike Şengeliya topu səbətə atmaq istəyən Deyan Todoroviçə qarşı kobudluq edib. Rəqibin bu hərəkətindən əsəbiləşən Todoroviç onu arxadan sinəsi ilə itələyib. Şengelya isə Todoroviçə yumruq zərbəsi ilə cavab verib. Bundan sonra tərəflər əlbəyaxa davaya çıxıblar.
Ara sakitləşdikdən sonra hakimlər hər iki komandanın məşqçiləri istisna olmaqla, bütün basketbolçuları oyundan kənarlaşdırıblar. Görüş isə yarımçıq saxlanılıb. Həmin vaxt "Bilbao" hesabda öndə olub - 91:75.
Son xəbərlər
03:14
Səudiyyə Ərəbistanında husilərin hücumları nəticəsində on bir mülki şəxs yaralanıb
Digər ölkələr02:37
Tramp ABŞ-də doğum hüququ ilə vətəndaşlığa son qoymaq niyyətindədir
Digər ölkələr02:08
"Reuters": İran və Omanın Hörmüzlə bağlı planı icra olunmaya bilər
Digər ölkələr01:42
Tramp: ABŞ-nin əhəmiyyətli miqdarda sursat ehtiyatı var
Digər ölkələr01:18
Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib
Digər ölkələr00:58
Foto
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
Hadisə00:49
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
Region00:22
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
Region23:56