Cəlilabadda avtoqəzada xəsarət alanlar evə buraxılıb - YENİLƏNİB
- 07 avqust, 2026
- 10:49
Cəlilabad rayonunun Soltankənd-Zəhmətabad avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan dörd nəfər xəstəxanadan evə buraxılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən onlar ambulator müalicə üçün evə buraxılıblar.
Müxbir: Sevil Seymur
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Soltankənd-Zəhmətabad avtomobil yolunda qeydə alınıb.
Belə ki, BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metrlik hündürlükdən aşıb. Qəza zamanı avtomobildə olan 4 nəfər; - Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Qafarov Elbrus Fərman oğlu, Sumqayıt şəhər sakinləri - 2003-cü il təvəllüdlü Qafarova Zəhra Əlizamin qızı, 2012-ci il təvəllüdlü Qafarov Samir Seymur oğlu və 2025-ci il təvəllüdlü Məmmədova Məryəm Əmir qızı xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.