Bakıda voleybolçu qadınlar arasında dünya çempionatının seçmə qrup oyunlarına start verilib

Komanda
  • 30 may, 2017
  • 17:21
Bakıda voleybolçu qadınlar arasında dünya çempionatının seçmə qrup oyunlarına start verilib

Bakı. 30 may. REPORT.AZ/ Bakıda voleybolçu qadınlar arasında 2018-ci il dünya çempionatının Avropa zonası üzrə E qrupunun oyunlarına start verilib. "Report"un məlumatına görə, ilk turun hər 3 qarşılaşmasında eyni hesab qeydə alınıb.

Azərbaycan milli komandası Norveçi, Hollandiya Danimarkanı, Ukrayna isə İsraili çətinlik çəkmədən yenib.

Beləliklə, ilk turdan sonra Azərbaycan, Hollandiya və Ukrayna hərəyə 3 xalla E qrupuna başçılıq edir. Danimarka, Norveç və İsrail isə xalsızdır. Mayın 31-də keçiriləcək ikinci tur oyunlarında Hollandiya Norveçlə, Danimarka İsraillə, Azərbaycan isə Ukrayna ilə üzə-üzə gələcək.


Dünya çempionatının seçmə mərhələsi

E qrupu

15:00. Danimarka - Hollandiya - 0:3 (12:25, 13:25, 9:25)

Hakimlər: Mixail Temelis (Yunanıstan), Sanya Miklosiç (Serbiya)

17:30. Azərbaycan - Norveç - 3:0 (25:15, 25:10, 25:6)

Hakimlər: Sabine Vitte (Almaniya), Roberto Boris (İtaliya)

20:00. İsrail - Ukrayna - 0:3 (22:25, 20:25, 11:25)

Hakimlər: Bruno Muha (Xorvatiya), Saşa Stanişiç (İsveçrə)

Qeyd edək ki, bütün görüşlər Bakı İdman Sarayında keçirilir. 

44 - Tezliklə