Gənc basketbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib
Komanda
- 10 iyun, 2024
- 08:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gənc basketbolçulardan (U-20) ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.
“Report” Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta əsas millidə Tahir Baxşıyevin köməkçisi olan ispaniyalı mütəxəssis Alberto Blanko gətirilib.
Onun birinci köməkçisi Zaur Paşayev, ikinci köməkçisi isə Anar Hacıyev olub.
Qeyd edək ki, 20 yaşadək oğlan basketbolçulardan ibarət millimiz iyulun 12-21-i aralığında Rumıniyanın Piteşti şəhərində baş tutacaq Avropa çempionatının B divizionunda yarışacaq. Alberto Blankonun planlarında Avropa çempionatına hazırlıq məqsədi daşıyan bir neçə təlim-məşq toplanışının keçirilməsi yer alıb.
Son xəbərlər
03:04
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Region
02:46
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Digər ölkələr
02:14
Tramp ABŞ-İran danışıqlarının davam etdiyini bildirib
Digər ölkələr
01:49
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
Region
01:41
Fransada etirazlar zamanı təhlükəsizliyi 70 000 asayiş keşikçisi təmin edəcək
Digər ölkələr
01:17
ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
Digər ölkələr
00:46
ICF-nin gələnilki qitə çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib
Komanda
00:30
Rubio G7-nin XİN başçılarının görüşündə iştirak üçün Parisə səfər edəcək
Digər ölkələr
00:07
Fransada naməlum şəxslər dərs zamanı məktəbi yandırmağa cəhd ediblər
Digər ölkələr