Azərbaycanın futzal millisi Avropa çempionatına Bakıda hazırlaşacaq - SİYAHI

Komanda
  • 09 yanvar, 2018
  • 14:04
Azərbaycanın futzal millisi Avropa çempionatına Bakıda hazırlaşacaq - SİYAHI

Bakı. 9 yanvar. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinin oyunlarına Bakıda hazırlaşacaq. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, təlim-məşq toplanışı yanvarın 10-da başlanacaq. 

Yanvarın 27-dək davam edəcək toplanışa 15 futzalçı dəvət alıb:

N

ADI, SOYADKLUB
1Rövşən HüseynliAraz
2Rizvan FərzəliyevAraz
3Eduardo Mello BorgesAraz
4Everton KardosoAraz
5Ramiz ÇovdarovAraz
6Thiaqo Teles MartinsAraz
7İsa AtayevAraz
8Anar MəmmədovAraz
9Xətai BağırovAraz
10Samir HəmzəyevEKOL
11Emin KürdovEKOL
12Namiq MəmmədkərimovEKOL
13Villiams Oliveira Do Nascimento “Vassoura”Al Dhafra, BƏƏ
14Fineo de AraujoAgleymina Hamamatsu(Yaponiya)
15Vitali BorisovEkonomaç (Serbiya)

Vitali Borisov, Fineo de Araujo və Villiams Oliveira Do Nascimento “Vassoura” komandaya yanvarın 18-də qoşulacaq. 

Qeyd edək ki, yanvarın 30-dan fevralın 10-dək Sloveniyada keçiriləcək Avropa çempionatında Azərbaycan millisi İspaniya və Fransa ilə eyni qrupda mübarizə aparacaq.