Azərbaycan Yüksək Liqası: XIII tura bu gün bir oyunla start veriləcək

Komanda
  • 28 fevral, 2025
  • 10:15
Azərbaycan Yüksək Liqası: XIII tura bu gün bir oyunla start veriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura bu gün bir oyunla start veriləcək.

“Report” xəbər verir ki, “Neftçi” MOİK-lə üz-üzə gələcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək görüşə saat 16:00-da start veriləcək.

12 turdan sonra “Neftçi” hazırda turnir cədvəlində 15 xalla 4-cü pillədə qərarlaşıb. MOİK isə 5 xalla beşinci yerdədir.

44 - Tezliklə