Azərbaycan Yüksək Liqası: Autsayder yenə məğlub olub

Komanda
  • 28 fevral, 2023
  • 13:59
Azərbaycan Yüksək Liqası: Autsayder yenə məğlub olub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turdan təxirə salınan oyun keçirilib.

“Report”un məlumatına görə, Voleybol Mərkəzində ikinci pillədə qərarlaşan “Xarı bülbül” autsayder MOİK-lə qarşılaşıb.

Görüş “Xarı bülbül”ün inamlı qələbəsi ilə yekunlaşıb. Adıçəkilən komanda rəqibini hər üç hissədə üstələyib – 3:0 (27:25, 25:8, 25:19).

Bu qələbə sayəsində “Xarı bülbül” aktivincəki xal sayını 15-ə yüksəldib. MOİK-in isə cəmi 1 xalı var.